"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi təlim-məşq toplanışına start verib

Futbol
  • 25 iyun, 2018
  • 14:57
Qarabağın Çempionlar Liqasındakı rəqibi təlim-məşq toplanışına start verib

Bakı. 25 iyun. REPORT.AZ/ "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Sloveniyanın "Olimpiya" klubu təlim-məşq toplanışına start verib. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, İliya Stolitsanın baş məşqçisi olduğu kollektiv hazırlıq prosesi çərçivəsində yoxlama oyununda da qüvvəsini sınayacaq. 

Komanda ilk oyununda Xorvatiyanın "Lokomotiva" komandası ilə üz-üzə gələcək. Matçın iyunun 27-də keçirilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsində "Olimpiya" və "Qarabağ" arasındakı ilk görüş iyulun 11-də Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da çalınacaq. Cavab qarşılaşması isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 21:00-da başlayacaq.