"Qarabağ"ın baş məşqçisi: "Futbol investisiya qoyulması üçün əlverişli sahədir"

Futbol
  • 23 sentyabr, 2025
  • 10:27
Qarabağın baş məşqçisi: Futbol investisiya qoyulması üçün əlverişli sahədir

Futbol investisiya qoyulması üçün əlverişli sahədir.

"Report"un məlumatına görə, bunu "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov sentyabrın 23-də Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanda sabitlik olmasaydı, nə "Qarabağ", nə də Qurban Qurbanov olacaqdı:

"Bu gün UEFA Çempionlar Liqasında Azərbaycanın uğurundan danışılırsa, məsuliyyət daha da artır. Mən hər zaman azərbaycanlı olaraq ölkəmizi tanıtdığımızı və bunun borcum olduğunu düşünmüşəm. Vətən müharibəsində torpaqlarımızın azad olunması üçün şəhidlər verdik. Bizim etdiyimiz isə xırda uğurdur. Bunu da öz futbolçularıma həmişə bildirirəm".

Q.Qurbanov bildirib ki, Azərbaycanın tanınması üçün sabitlik futbolda da lazımdır:

"Gələcəkdə daha yaxşı uğurlar qazanmaq üçün çalışırıq. Futbol investisiya qoyulması üçün əlverişli sahədir".

Son xəbərlər

Bütün Xəbər Lenti