"Qarabağ"ın aparıcı futbolçusu zədələnib

Futbol
  • 03 fevral, 2017
  • 11:30
Qarabağın aparıcı futbolçusu zədələnib

Bakı. 3 fevral. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Dani Kintana AZAL-la Azərbaycan Premyer Liqasının XVI tur matçında zədələnib. 

"Report"un məlumatına görə, ispaniyalı yarımmüdafiəçinin ayağı 23-cü dəqiqədə adi oyun epizodunda burxulub. O, meydanı xərəklə tərk edib. Baş məşqçi Qurban Qurbanov 30 yaşlı futbolçunu Əfran İsmayılovla əvəzləyib.

Qeyd edək ki, hazırda "Qarabağ" hesabda geridədir - 0:1.