"Qarabağ" əzmkar qələbə ilə liderliyə yüksəldi

Futbol
  • 24 dekabr, 2020
  • 13:52
Qarabağ əzmkar qələbə ilə liderliyə yüksəldi

Azərbaycan Premyer Liqasında XIII turun bir oyunu başa çatıb.

"Report"un məlumatına görə, "Qarabağ" evdə "Zirə" üzərində əzmkar qələbə qazanıb - 3:2.

Oyunda ilk qolu 2-ci dəqiqədə qonaqların heyətində Ağabala Ramazanov vurub. "Qartallar" 47-ci dəqiqədə növbəti dəfə meydan sahiblərini cəzalandırıblar. Bu dəfə Lazar Corceviç fərqlənib. 58-ci dəqiqədə Mahir Emreli fərqi azaldıb. 75-ci dəqiqədə "Zirə" meydanda azlıqda qalıb. Dmitrios Çantakias qırmızı vərəqə alaraq qovulub. 83-cü dəqiqədə "Qarabağ"ın heyətində Kvabena Ovusu hesabı bərabərləşdirib. Qanalı hücumçu 4 dəqiqə sonra dubl edib. 90+2-ci dəqiqədə Ağdam klubunun müdafiəçisi Kevin Medina qırmızı vərəqə görüb.

Bu qələbədən sonra xallarını 23-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Zirə" isə 20 xalla 3-cü pillədə qalıb.

Hazırda davam edən matçlarda "Qəbələ" səfərdə "Səbail"ə, "Sabah" isə "Sumqayıt"a qalib gəlir.

Qeyd edək ki, tura "Neftçi" - "Keşlə" oyunu ilə yekun vurulacaq.

"Qarabağ" əzmkar qələbə ilə liderliyə yüksəldi

Son xəbərlər

Bütün Xəbər Lenti