"Qarabağ" - "Dnepr" oyununun hakimləri açıqlanıb
Futbol
- 03 noyabr, 2014
- 10:25
Bakı. 3 noyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində iştirak edən Azərbaycanın "Qarabağ" (Ağdam) klubunun Bakıda Ukraynanın "Dnepr" komandası ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb. "Report"un məlumatına görə, noyabrın 6-da baş tutacaq qarşılaşmanı polşalı referi Pavel Gil idarə edəcək.
Ona həmyerliləri Pyotr Sadçuk və Martsin Borkovski yan xətt hakimləri qismində kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi Konrad Sapela olacaq. Pavel Raçkovski və Kristof Yakubik isə əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Son xəbərlər
02:30
Venesuelada zəlzələdən ölənlərin sayı 5 mini ötüb
Digər ölkələr02:10
Hörmüz boğazı ərazisində iki neft tankeri minalara düşərək partlayıb
Region02:05
İran şəhərlərində partlayışlar baş verib, SEPAH isə ABŞ-nin "MQ-9" PUA-sını məhv edib
Region01:36
İraq və Suriya Hədisa-Baniyas neft kəmərinin bərpası ilə bağlı saziş imzalayıb
Energetika01:03
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
Region00:32
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb
Futbol23:50
İran ABŞ-yə xəbərdarlıq edib
Region23:48