"Qarabağ" - "Dandolk" matçında meydana azarkeş daxil olub - FOTO

Futbol
  • 31 iyul, 2019
  • 18:26
Qarabağ - Dandolk matçında meydana azarkeş daxil olub - FOTO

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin İrlandiya "Dandolk"u ilə cavab matçında maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, görüşün ikinci hissəsində meydana azarkeş daxil olub.

Fanat Ağdam klubunun kapitanı Rəşad Sadıqovu qucaqladıqdan sonra meydanı tərk edib.

Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 1:0. İrlandiyadakı ilk matç 1:1 hesabı ilə yekunlaşıb.

Foto: Firudin Səlimov

44 - Tezliklə