"Qarabağ"dan ayrılan futbolçu Mərakeş klubuna keçdi

Futbol
  • 13 noyabr, 2020
  • 15:01
Qarabağdan ayrılan futbolçu Mərakeş klubuna keçdi

Yay transfer dönəmində "Qarabağ"dan ayrılan futbolçu Faysal Rerrasın yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, 27 yaşlı müdafiəçi Mərakeş təmsilçisi "Mouloudia Ucda" ilə müqavilə imzalayıb.

Mərakeş əsilli belçikalı oyunçunun sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Faysal Rerras 2019/2020 mövsümündə "Qarabağ"ın formasını geyinib.