Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

Futbol
  • 23 avqust, 2017
  • 20:35
Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Ağdamın “Qarabağ” klubu Azərbaycan futbol tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

“Report” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv buna Danimarkada “Kopenhagen”lə “pley-off” mərhələsinin cavab oyununda lazımı nəticəni təmin etməklə nail olub.

Bakıda baş tutan ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qarabağ”, rəqib meydanında 1:2 uduzsa da, səfər qolu sayəsində yoluna qitənin ən nüfuzlu klub turnirində davam edib.

Qeyd edək ki, ÇL-in qrup mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək. Monakoda baş tutacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Çempionlar Liqası

"Pley-off” mərhələsi, cavab oyunu

23 avqust

"Kopenhagen” (Danimarka) - "Qarabağ” (Azərbaycan) - 2:1

Qol: Federiko Santander, 45. Andriya Pavloviç, 66 - Dino Ndlovu, 63

Baş hakim: Alberto Undiano Malyenko

Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines

Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines

Dördüncü hakim: Dieqo Barbero Sevilya (hakimlər briqadası İspaniyadandır)

Hakim-inspektor: Alfredo Trentalanye (İtaliya)

UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)

Kopenhagen. "Parken” stadionu

İlk oyun – 0:1

44 - Tezliklə