"Qarabağ" Azərbaycan Premyer Liqasında liderliyə yüksəlib
Futbol
- 26 sentyabr, 2018
- 17:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun təxirə salınmış “Qarabağ” – “Zirə” oyunu keçirilib.
“Report” xəbər verir ki, Ağdam təmsilçisi “Azərsun Arena”da baş tutan görüşdə qələbə qazanıb - 3:2.
Meydan sahiblərinin qollarına 28-ci dəqiqədə penaltidən Filip Ozobiç, 48 və 85-ci dəqiqələrdə İnnosent Emeqara imza atıb. Qonaqların heyətində isə 56 və 85-ci dəqiqələrdə Mirsahib Abbasov fərqlənib.
Bu qələbə sayəsində xalını 13-ə çatdıran “Qarabağ” 1-ci pilləyə yüksəlib. Qurban Qurbanov rəhbərlik etdiyi kollektiv "Neftçi" ilə eyni xala malik olsa da, top fərqində üstün olduğu üçün liderə çevrilib.
“Zirə” isə 1 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb.
Son xəbərlər
13:41
Kambocanın Baş naziri Azərbaycanın AQEM-ə liderliyini yüksək qiymətləndirib
Xarici siyasət
13:39
Türkmənistan Aşqabad İqlim Dialoqunun yaradılmasını təklif edib
Xarici siyasət
13:36
İlham Əliyev: Separatçıların liderləri üzərində məhkəmə Nürnberq tribunalının analoqu idi
Xarici siyasət
13:34
İnam Yusifov: "Elektron xidmətlər regionlarda xidmətlərə əlçatanlığı artırır"
İnfrastruktur
13:32
Türkmənistan Prezidenti Azərbaycanın AQEM-ə sədrliyinin nəticələrini yüksək qiymətləndirib
Xarici siyasət
13:32
"Azərişıq" 9 ayda istehlakçılardan 272 mindən çox müraciət qəbul edib
İnfrastruktur
13:30
"Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb
Futbol
13:22
Thonqlun Sisulit: Laosun AQEM-ə üzv qəbul olunması bizim üçün dönüş nöqtələrindən biridir
Xarici siyasət
13:18
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Daxili siyasət