"Qarabağ" Azərbaycan Premyer Liqasında 2064 gündən sonra böyük hesabla uduzub

Futbol
  • 14 may, 2018
  • 06:58
Qarabağ Azərbaycan Premyer Liqasında 2064 gündən sonra böyük hesabla uduzub

Bakı. 14 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turu son 5 mövsümün çempionu “Qarabağ”ın böyükhesablı məğlubiyyəti ilə yadda qalıb. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, səfərdə “Keşlə”yə 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası son 5 mövsümdə ilk dəfə belə acınacaqlı məğlubiyyət alıb. 

Ağdam təmsilçisinin sonuncu böyükhesablı məğlubiyyəti 2012/2013 mövsümünə təsadüf edib. “Qarabağ” 2012-ci il sentyabrın 16-da səfərdə AZAL-a 2:6 hesabı ilə yenilib. Ağdamlılar 2064 gündən sonra 3 və ya daha çox top fərqilə uduzub.

44 filmi