"Qarabağ" Avroliqanın "play-off" mərhələsinin ilk oyununda məğlub olub

Futbol
  • 18 avqust, 2016
  • 18:52
Qarabağ Avroliqanın play-off mərhələsinin ilk oyununda məğlub olub

Bakı. 18 avqust. REPORT.AZ/ Ağdamın "Qarabağ" klubu futbol üzrə Avropa Liqasının "play-off" mərhələsində səfərdə ilk oyununu keçirib.

"Report" xəbər verir ki, rəqib İsveçin "Höteborq" komandası olub.

Qarşılıqlı hücumlar şəraitində keçən matç rəqibin minimal üstünlüyü başa çatıb. Oyunda yeganə qolu 56-cı dəqiqədə Mads Albaek vurub.