"Qarabağ" Antalya toplanışını qələbəsiz başa vurub
Futbol
- 25 yanvar, 2022
- 16:32
"Qarabağ" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.
"Report"un məlumatına görə, Ağdam təmsilçisi Polşanın "Visla" (Krakov) komandası ilə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. 53-cü dəqiqədə "köhlən atlar"ın qapıçısı Emil Balayev rəqibin penalti zərbəsini dəf edib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda günün ilk yarısında Çexiyanın "Bohemians" kollektivi ilə üz-üzə gəlməli olsa da, qarşılaşma qara görə ləğv olunub.
Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub.
Son xəbərlər
22:20
Türkiyədə keçmiş kəşfiyyatçının ölümü ilə bağlı daha dörd nəfər saxlanılıb
Region22:07
Tramp Süni İntellekt Qüvvələrinin yaradıldığını açıqlayıb
Digər ölkələr21:54
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
Region21:46
Paşinyan Putinlə CQDY-nin konsessiyasını müzakirə etmək niyyətindədir
Region21:43
Foto
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
Fərdi21:40
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
Futbol21:38
Riçard Qrenel: Amerikada jurnalistika ölüb
Digər ölkələr21:29
İran və Oman Hörmüzdə təhlükəsiz marşrutla bağlı razılığa gəlib
Region21:14