"Qarabağ-2" və "Sumqayıt-2"nin futbolçuları 4 oyunluq diskvalifikasiya olunublar

Futbol
  • 25 noyabr, 2025
  • 14:14
Qarabağ-2 və Sumqayıt-2nin futbolçuları 4 oyunluq diskvalifikasiya olunublar

"Sumqayıt-2" və "Qarabağ-2"nin futbolçuları 4 oyunluq diskvalifikasiya olunublar.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Əvəzedicilər Liqasının XI turunda "Sabah-2" ilə görüşün 74-cü dəqiqəsində "Qarabağ-2"nin futbolçusu Şahismayıl Cəfərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu 4 oyunluq diskvalifikasiya edilib. Onun klubu isə 1000 manat cərimələnib.

"Sumqayıt-2"nin futbolçusu Ruslan Əliyev isə "Neftçi-2" ilə matçın 49-cu dəqiqəsində hakimə təcavüzkar davranışa cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. O, bu səbəbdən qarşıdakı 4 turda meydana çıxa bilməyəcək. Onun hərəkətinə görə "Sumqayıt-2" 700 manat cərimələnib.

Son xəbərlər

Bütün Xəbər Lenti