Qara Qarayev dəqiq ötürmə verən futbolçuların siyahısında ilk "beşlik"də qərarlaşıb

Futbol
  • 26 oktyabr, 2018
  • 09:54
Qara Qarayev dəqiq ötürmə verən futbolçuların siyahısında ilk beşlikdə qərarlaşıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra yekun statistik göstəriciləri açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Qara Qarayev 3 oyundan sonra ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında 5-ci pillədə qərarlaşıb.

Onun üç oyun ərzində verdiyi 212 ötürmədən 195-i dəqiq olub. 26 yaşlı yarımmüdafiəçi Avropa Liqasında 92 faiz dəqiqliklə çıxış edir. Siyahıya isə İngiltərənin "Çelsi" komandasının futbolçusu Sesk Fabreqas başçılıq edir. İspaniyalı yarımmüdafiəçinin 283 ötürməsindən 262-si və ya 93 faizi dəqiq alınıb. 

Avroliqada hələlik ən çox qolu İspaniyanın "Sevilya" komandası vurub. Əndəlüslülər üç turdan sonra rəqib qapılarından 12 top keçiriblər. Turnirin bombardiri 5 qolla Avstriya "Zaltsburq"unun futbolçusu Munas Dabburdur.

Turnirdə ən çox qayda pozuntusu törədən futbolçu isə Qazaxıstan "Astana"sının yarımmüdafiəçisi Pedro Enrikedir. "Qarabağ"ın sabiq üzvü üç oyunda 12 dəfə qaydanı pozub. 

44 filmi