Qana prezidenti ölkənin Futbol Federasiyasının rəhbərini dələduzluqda ittiham edib
Futbol
- 23 may, 2018
- 07:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 may. REPORT.AZ/ Qana Prezidenti Nana Akufo-Addo hüquq-mühafizə orqanlarını ölkənin Futbol Federasiyasının rəhbəri Kvesi Nyantaki barəsində araşdırma aparmağa çağırıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, dövlət başçısı futbol funksionerini dələduzluqda ittiham edib.
Məlumata görə, K.Nyantakinin Qana prezidenti və digər yüksək vəzifəli məmurların adından istifadə edərək, rüşvət almasını əks etdirən video görüntülər var.
Həmin görüntülər iyunun 6-da Qana futbolundakı korrupsiya halları ilə bağlı efirə gedəcək sənədli filmdə yer alacaq.
Qeyd edək ki, 2005-ci ildən Qana Futbol Federasiyasının prezidenti olan K.Nyantaki FIFA Şurasının üzvüdür.
Son xəbərlər
12:48
Sabah Bakıda 23 dərəcə isti olacaq
Ekologiya
12:46
Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Xarici siyasət
12:43
Foto
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə
12:42
İsveç səfiri Elçin Əmirbəyovla ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edib
Xarici siyasət
12:36
Foto
Video
Azərbaycan QHT-ləri imzaladıqları açıq məktubu İran səfirliyinə təqdim ediblər
Xarici siyasət
12:29
Azərbaycanda fəaliyyət göstərən sürücülər üçün imtahan keçiriləcək
Elm və təhsil
12:26
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edəcək
Elm və təhsil
12:26
Yaponiyanın Azərbaycandakı səfiri: Tokio biznes və humanitar əlaqələri genişləndirmək niyyətindədir
Xarici siyasət
12:25
Azərbaycanda planşetlərdə "İOS"un bazar payı 45 % azalıb
İKT