Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Son ötürmələrdə keyfiyyət çatışmadı"
- 04 iyul, 2026
- 09:32
Yeniliklərdən dərhal xəbərdar olun!
DÇ-2026-nın 1/16 finalında Kolumbiyaya 0:1 hesabı ilə məğlub olan Qana millisinin son ötürmələrində lazımi keyfiyyət çatmayıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Afrika təmsilçisinin baş məşqçisi Karluş Keyroş oyundan sonra deyib.
Mütəxəssis rəqibin oyun üslubunu yüksək qiymətləndirib:
"Kolumbiyalılar oyuna daha yaxşı nəzarət edirdilər. Onların ötürmələri və hərəkətləri bizim fiziki hazırlığımıza mənfi təsir göstərdi, topu geri qazanmaq və hücuma keçmək imkanlarımızı məhdudlaşdırdı. Biz irəli atılmağa, qol vəziyyətləri yaratmağa çalışsaq da, son ötürmələrdə lazımi keyfiyyət çatışmadı. Hesab edirəm ki, ən yaxşı komanda qalib gəldi".
Qeyd edək ki, 1/8 finala yüksələn Kolumbiya yığması bu mərhələdə İsveçrə ilə qarşılaşacaq.