​Qana Afrika Millətlər Kubokunun finalına vəsiqə qazanıb

Futbol
  • 06 fevral, 2015
  • 01:43
​Qana Afrika Millətlər Kubokunun finalına vəsiqə qazanıb

Bakı. 6 fevral. REPORT.AZ/ Futbol üzrə Qana yığması Afrika Millətlər Kubokunun final mərhələsinə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, qərbi afrikalılar yarımfinalda Kuboka ev sahibliyi edən Ekvatorial Qvineyanı 3:0 hesabı ilə darmadağın ediblər.

Afrika Millətlər Kuboku. 1/2 final.

Qana — Ekvatorial Qvineya — 3:0.

Qollar: Cordan Ayyu, 42 (1:0, pen.); Mübarək Vakaso, 45+1 (2:0); Andre Ayyu, 75 (3:0).

Qana fevral ayının 8-də keçiriləcək final görüşündə Fildişi Sahili ilə qarşılaşacaq.

44 - Tezliklə