"Qalatasaray" Yunanıstan millisinin hücumçusunu heyətinə qatıb
Futbol
- 31 yanvar, 2019
- 08:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 yanvar. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu Yunanıstan milli komandasının futbolçusu Konstantinos Mitroqlunu heyətinə qatıb.
"Report" "CNNTürk"ə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu artıq İstanbula gəlib. "Sarı-qırmızılar" təcrübəli forvardla 1.5 illik razılıq əldə edib. Yunan oyunçu yaxın vaxtlarda yeni klubu ilə müqavilə imzalayacaq.
"Sarı-qırmızılar"ın rəsmi saytı isə təcrübəli forvardla danışıqlara başlanıldığını yazıb.
"Qalatasaray" daha öncə 20 qolla Türkiyə Super Liqasının bombardiri olan "Kasımpaşa"nın hücumçusu Mbaye Diane ilə də rəsmi danışıqlara başladığını bildirib.
Qeyd edək ki, Konstantinos Mitroqlu son olaraq Fransanın "Marsel" komandasında çıxış edib.
Son xəbərlər
23:00
FT: Avropada nəqliyyat vasitələri yeni hücumlarla hədələnib
Digər ölkələr
22:34
Foto
SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb
Energetika
22:14
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
Digər ölkələr
22:05
Azərbaycan Basketbol Liqası: "Sabah" "Ordu"nu məğlub edib
Komanda
22:04
Foto
Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib
Xarici siyasət
21:55
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
Futbol
21:43
Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu gücləndirir
Xarici siyasət
21:38
Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Digər ölkələr
21:26
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Digər ölkələr