“Qalatasaray” psixoloji problemləri olan futbolçunu transfer etmək istəyir

Futbol
  • 05 aprel, 2018
  • 10:04
“Qalatasaray” psixoloji problemləri olan futbolçunu transfer etmək istəyir

Bakı. 5 aprel. REPORT.AZ/ Türkiyənin “Qalatasaray” klubu İspaniya “Selta”sının futbolçusu Emre Moru transfer etmək istəyir.

“Report” “Fanatik”ə istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terim psixoloji problemləri üzündən heyətdən kənarlaşdırılan və hazırda müalicə alan 20 yaşlı cinah yarımmüdafiəçisinin xidmətində maraqlıdır.

İstanbul klubu Türkiyə yığmasının da formasını geyinən Moru gələcəkdə transfer etmək hüququna sahib olmaq şərti ilə cari mövsüm başa çatdıqdan sonra icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Emre Mor ötən yay 13,5 milyon avro qarşılığında Almaniyanın “Borussiya” (Dortmund) klubundan “Selta”ya keçib. O, Viqo təmsilçisinin heyətində 19 oyunda iştirak edib və 1 qol vurub.

44 - Tezliklə