İstanbul derbisi: "Qalatasaray" evdə "Beşiktaş"a qalib gəlib
Futbol
- 05 noyabr, 2022
- 19:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.
“Report” xəbər verir ki, XIII tura təsadüf edən oyunda "Beşiktaş" "Qalatasaray"ın qonağı olub. NEF stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 18-ci dəqiqədə "sarı-qırmızılılar"dan Mauro İkardi açıb. 28-ci dəqiqədə "qara qartallar"ın hücumçusu Cenk Tosun tarazlığı bərpa edib. Matçda son nöqtəni də İkardi qoyub. 59-cu dəqiqədə fərqlənən argentinalı forvard komandasına vacib qələbə qazandırıb.
Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Qalatasaray" 2-ci pilləyə yüksəlib. 22 xalı olan "Beşiktaş" 5-cidir. Turnir cədvəlinə 26 xalla "Fənərbağça" başçılıq edir.
Son xəbərlər
15:37
ARDNF-in İcraçı direktoru: "Bizi Norveç fondu ilə müqayisə etmək düz deyil"
Maliyyə
15:33
Read Qasımov: "Bakıda dayanıqlı ictimai nəqliyyat şəbəkəsinin yaradılması çox vacibdir"
İnfrastruktur
15:32
Şahin Bağırov: "Gömrük orqanlarının fiskal rolunun azalması gözlənilir"
Maliyyə
15:30
Şahin Bağırov: "Bəzi gömrük tənzimləmələri üzrə dəqiqləşdirmələr aparılacaq"
Biznes
15:25
Cina Hinoxosa son 30 ildən artıq müddətdə Texasın ilk demokrat qubernatoru oldu
Digər ölkələr
15:21
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
Fərdi
15:16
Özbəkistan Azərbaycanın portfel idarəetməsi təcrübəsi ilə tanış olub
Maliyyə
15:13
Azərbaycan aqrar sektora subsidiyaları təxminən 50 % artırır
Maliyyə
15:11
Toral Bayramov: "Sabah"ın "Vikinq"i məğlub edəcəyinə inanıram"
Futbol