"Qalatasaray"ın prezidenti İdarə Heyətindən istefa verdi

Futbol
  • 30 mart, 2021
  • 11:00
Qalatasarayın prezidenti İdarə Heyətindən istefa verdi
Mustafa Cengiz

"Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz Türkiyə Klublar Birliyindən ayrılıb.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, 72 yaşlı funksioner qurumun İdarə Heyətindən istefa verib.

Cengizin fikrincə, təşkilatda bəzi klubların ortaq maraqları təmsil olunur.

Qeyd edək ki, Mustafa Cengiz 2018-ci ildən "Qalatasaray"a rəhbərlik edir.