​"Qalatasaray" xərçəng xəstəliyindən müalicə olunan uşaqları ziyarət edib

Futbol
  • 06 aprel, 2016
  • 12:05
​Qalatasaray xərçəng xəstəliyindən müalicə olunan uşaqları ziyarət edib

Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" futbol komandasının üzvləri İstanbulda xərçəng xəstəliyindən müalicə olunan uşaqları ziyarət edib. "Report"un məlumatına görə, klubu baş məşqçi Yan Olde Rikerink, köməkçi-məşqçi Orhan Atık, futbolçulardan isə Bilal Kısa və Xose Rodriges təmsil edib.

1 - 15 yaşlı uşaqlarla görüşən komanda üzvləri onlara xəstəliklə mübarizəyə görə "cəsurluq medalı" təqdim ediblər.

Qeyd edək ki, kampaniya 1 - 7 aprel xərçəng həftəliyi çərçivəsində baş tutub.

44 filmi