"Qalatasaray"ın yeni transferi "Neftçi"yə qarşı oynamayacaq
Futbol
- 12 sentyabr, 2020
- 06:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin "Qalatasaray" klubunun yeni transferi Oqenekaro Etebo Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə matçda iştirak etməyəcək.
"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin fiziki hazırlığı qaydasında deyil. Nigeriyalı oyunçu Superliqanın ilk turunda bu gün "Qaziantep"lə matçda da meydanda olmayacaq.
Etebo hazırda xüsusi proqrama uyğun məşqlər edir. Afrikalı futbolçu ilə yanaşı Emre Akbaba zədə səbəbindən "Neftçi" ilə qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, "Qalatasaray" Oqenekaro Etebonu İngiltərənin "Stok Siti" klubundan transfer edib. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.
Son xəbərlər
00:33
İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
Digər ölkələr
00:07
Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib
Daxili siyasət
00:00
Bu gün Azərbaycanda Zəfər Günüdür
Daxili siyasət
00:00
Foto
Şuşanın azad olunmasından 6 il ötür
Qarabağ
23:56
Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır
Daxili siyasət
23:52
Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb
Digər ölkələr
23:37
Trampla demokratlar arasında qarşıdurma dərinləşir
Digər ölkələr
23:16
Türkiyədə ağır yol qəzasında ölənlərin sayı 9-a çatıb - Yenilənib
Region
23:03
Foto
"Tağıyev: Məktəb" filmi "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub
Mədəniyyət siyasəti