"Qalatasaray"ın qolçusu "Neftçi" ilə oyundan danışdı
Futbol
- 18 sentyabr, 2020
- 09:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Çox xoşbəxtəm, uzun müddətdən sonra öz oyunumu tapdım".
"Report"un məlumatına görə, bunu Türkiyə "Qalatasaray"ının futbolçusu Mbaye Diaqne UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi" ilə oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
Seneqallı hücumçu dubl etdiyi qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Əzmkar işin qarşılığını gec-tez alırsan. Artıq qarşıdakı matçı düşünəcəyik. İnanıram ki, qələbə qazanacağıq".
Qeyd edək ki, Maqaye Diaqne "Neftçi"ni 3:1 hesabı ilə yendikləri matçın 19-cu və 63-cü dəqiqələrində fərqlənib. "Ağ-qaralar"ı Avropa Liqasından kənarlaşdıran "Qalatasaray" III raundda Xorvatiyanı "Hayduk" (Split) klubu ilə qarşılaşacaq. Görüş sentyabrın 24-də olacaq.
Son xəbərlər
05:16
Şimali Koreya iki ballistik raket buraxıb
Digər ölkələr04:57
"Axios" Uitkoff və Kuşnerin Rusiyaya səfərinin təxirə salınmasının səbəbini açıqlayıb
Digər ölkələr04:16
Hörmüz boğazında 750 min barel neft daşıyan tanker minaya düşüb
Region03:50
Tramp: Ağ Evin yeni mətbuat katibi ilk brifinqini oktyabrın 13-də keçirəcək
Digər ölkələr03:15
Kanada ABŞ-yə neft və dizel yanacağının ixracını artırmağı planlaşdırır
Digər ölkələr02:58
İndoneziyada 5,8 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr02:17
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Digər ölkələr01:46
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Digər ölkələr01:12