“Qalatasaray”ın futbolçusu “Qarabağ”la oyunda zədələndiyi üçün yığmadan kənarlaşdırılıb
Futbol
- 29 mart, 2023
- 06:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Yusuf Demir “Qarabağ”la keçirilən xeyriyyə oyununda zədələndiyi üçün Avstriyanın U-21 yığmasından kənarlaşdırılıb.
“Report”un “Kicker” nəşrinə istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi millinin təlim-məşq toplanışına çağırılsa da, “Qarabağ”la Bakıdakı görüşdə topuğundan xəsarət alması baş məşqçi Verner Qreqoritşin qərarını dəyişməsinə səbəb olub.
Oyunçu özü düşərgəyə qoşulmaq istədiyini bildirib. Lakin U-21-in baş məşqçisi zədənin daha da ağırlaşmaması üçün Demirin xidmətindən imtina edib.
Qeyd edək ki, “Qalatasaray”ın “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq matçının start heyətində meydana çıxan Yusuf Demir fasilədən sonra əvəzlənib.
Son xəbərlər
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr
00:55
Video
Şahbuzun dağ kəndlərinə qar yağır
Ekologiya
00:33
İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
Digər ölkələr