"Qalatasaray"ın baş məşqçisi istefaya göndərilib
Futbol
- 18 dekabr, 2017
- 08:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 dekabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" futbol komandasının baş məşqçisi İqor Tudor istefaya göndərilib.
"Report"un "Hürriyet"ə istinadən məlumatına görə, rəsmi qərar bu gün Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək idarə heyətinin toplantısında veriləcək.
Klub prezidenti Dursun Özbek ötən gecə uzun sürən müzakirələrdən sonra xorvatiyalı mütəxəssislə yolları ayırmağı məqsədəuyğun sayıb. Tudora 400 min avro təzminat ödəniləcək.
Qeyd edək ki, "Qalatasaray" Super Liqanın XVI turunda səfərdə "Yeni Malatyaspor"a 1:2 hesabı ilə uduzaraq liderliyi əldən verib. Hazırda "sarı-qırmızılar" 33 xalla 1-ci pillədə olan "Başakşehir"dən 1 xal geri qalır.
Son xəbərlər
23:03
Foto
"Tağıyev: Məktəb" filmi "Ən yaxşı rejissor" mükafatını qazanıb
Mədəniyyət siyasəti
22:51
Foto
Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib
Daxili siyasət
22:36
Foto
Sarayevoda Zəfər Gününün 6-cı ildönümü münasibətilə konsert və qəbul keçirilib
Digər ölkələr
22:34
Foto
"Azıx mağarası: Azərbaycanın beşiyi" filmi "Korkut Ata" festivalında mükafat qazanıb
Mədəniyyət siyasəti
22:28
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
Digər ölkələr
22:16
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Daxili siyasət
22:08
Foto
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
Futbol
21:47
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
Region
21:44
Türkiyədə TIR-la mikroavtobus toqquşub, 7 nəfər ölüb
Region