"Qalatasaray" hollandiyalı futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
  • 29 iyun, 2018
  • 15:59
Qalatasaray hollandiyalı futbolçusu ilə müqaviləni yeniləyib

Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu futbolçusu Rayan Donkla müqavilənin müddətini uzadıb. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi 32 yaşlı hollandiyalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Rayan Donk 2016-cı ildən "Qalatasaray"da çıxış edir. 

44 filmi