“Qalatasaray” – “Fənərbağça” görüşünün baş hakimi açıqlanıb

Futbol
  • 16 may, 2024
  • 10:18
“Qalatasaray” – “Fənərbağça” görüşünün baş hakimi açıqlanıb

Türkiyə Superliqasının XXXVII turunda keçiriləcək “Qalatasaray” – “Fənərbağça” görüşünün baş hakimi açıqlanıb.

“Report” xəbər verir ki, İstanbul derbisini Arda Kardeşler idarə edəcək.

Oyunun start fiti mayın 19-da, saat 20:00-da səslənəcək.

Qeyd edək ki, turnir cədvəlinə 99 xalla Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray" başçılıq edir. “Fənərbağça” 93 xalla ikincidir.