KİV: "Qalatasaray" afrikalı hücumçu alır
Futbol
- 03 noyabr, 2020
- 16:06
İngiltərənin "Lester" və Rusiyanın MOİK klubunun sabiq futbolçusu Ahmed Musa karyerasını Türkiyədə davam etdirə bilər.
"Report" "Fotomac"a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu "Qalatasaray"a keçməyə çox yaxındır. Musanın qış transfer dönəmində İstanbul təmsilçisinə transfer olunacağı gözlənilir.
Nigeriyalı forvard oktyabrda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqaviləni ləğv edib. O, çempionatın səviyyəsi aşağı olduğu üçün motivasiyasını itirdiyini bildirib.
Qeyd edək ki, Ahmed Musa 2018-ci ildən "Əl-Nəsr"də çıxış edib. O, bütün turnirlər daxil olmaqla 55 oyunda meydanda olub, 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
19:01
Ərdoğan və Merts İrana qarşı hücumları müzakirə ediblər
Region19:00
Foto
Son iki saatda İrandan Azərbaycana 100-dən çox xarici ölkə vətəndaşı təxliyə edilib - YENİLƏNİB-4
Xarici siyasət18:58
Dubay hava limanları uçuşları qismən bərpa edib
Digər ölkələr18:51
Beyrutun cənubunda güclü partlayış baş verib - YENİLƏNİB-2
Digər ölkələr18:38
Elşad Quliyev: "Avropa çempionatının F qrupunda əsas rəqiblərimiz İtaliya və Fransadır"
Futbol18:33
Den Keyn: ABŞ Küveyt səmasında üç F-15E qırıcısının vurulmasını araşdırır
Digər ölkələr18:24
Foto
Azərbaycan vasitəsilə İrandan 370 nəfər təxliyə olunub - YENİLƏNİB
Xarici siyasət18:17
İspaniya ABŞ-yə öz hərbi bazalarından İrana qarşı istifadə etməyə icazə verməyib
Digər ölkələr18:13
Rəy