Qadın futbolçulardan ibarət Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Futbol
  • 15 dekabr, 2023
  • 09:39
Qadın futbolçulardan ibarət Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Qadın futbolçulardan ibarət Azərbaycan millisi FIFA reytinqində iki pillə irəliləyib.

"Report" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 1305,48 xalla 76-cı sırada qərarlaşıb.

Yığma əvvəlki reytinqdə 78-ci olub.

Qeyd edək ki, Millətlər Liqasında Monteneqro, Kipr və Farer adaları ilə eyni qrupda çıxış edən Azərbaycan millisi 5 qələbə, 1 heç-heçəyə imza ataraq B Liqasına yüksəlib.

44 filmi