Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək

Futbol
  • 27 oktyabr, 2023
  • 06:40
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv III turda Farer adaları ilə qarşılaşacaq.

Klaksvik şəhərində yerləşən “Djupumyru” stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək. Matçı Latviyadan olan hakimlər briqadası idarə edəcək. Görüşdə ədalət təmsilçisi Yelena Yermolayeva olacaq.

Qeyd edək ki, Azərbaycan millisi ilk iki turdan sonra 4 xalla qrupa liderlik edir.

44 filmi