PSJ yeni baş məşqçinin debüt matçında heç-heçə etdi
Futbol
- 06 yanvar, 2021
- 22:24
Fransanın PSJ komandası yeni baş məşqçisi Maurisio Poçettinonun rəhbərliyi altında ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Liqa 1-in XVIII tur matçında rəqib "Sent Etyen" olub. Paris təmsilçisi səfər qarşılaşmasından 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Hesabı 19-cu dəqiqədə "Sent Etyen"in futbolçusu Romen Amuma açıb. Bundan 3 dəqiqədə sonra Moyze Kin bərabərlik qolunu vurub.
Hazırda PSJ 36 xalla 2-ci pillədə gedir. Lider "Lion"un 39 xalı var. "Sent Etyen" isə 19 xalla 14-cüdür.
Qeyd edək ki, Maurisio Poçettino PSJ-nin baş məşqçi postuna yanvarın 2-də təyin olunub. O, yeni vəzifədə Tomas Tuxeli əvəzləyib.
Son xəbərlər
15:37
Video
"Birliyin Gücü – 2026": Şərti terrorçuların sığınacaqları və əsas hərbi hədəfləri tam məhv edilib
Hərbi15:35
Brüssel Vaşinqtonun Avropaya dizel ixracını məhdudlaşdırmaq planlarından narahatdır
Digər ölkələr15:34
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44 % olacaq"
Maliyyə15:32
Yaxın 4 ildə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri açıqlanıb
Maliyyə15:30
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Futbol15:29
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək
Maliyyə15:23
Azərbaycanın Zəfəri regionda yeni siyasi və təhlükəsizlik reallığı formalaşdırdı - RƏY
Daxili siyasət15:22
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
İnfrastruktur15:19