Fransanın PSJ klubu baş məşqçisini istefaya göndərib
Futbol
- 27 iyun, 2016
- 12:26
Bakı. 27 iyun. REPORT.AZ/ Fransanın PSJ futbol komandasının baş məşqçisi Loran Blan istefaya göndərilib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 51 yaşlı mütəxəssislə birgə köməkçiləri də Paris təmsilçisi ilə vidalaşıb.
Rəhbərlik son 3 il ildə gördüyü işə görə məşqçilər heyətinə minnətdarlıq edib. L.Blanı ardıcıl 3 mövsüm İspaniya "Sevilya"sına Avropa Liqasını qazandırmış Unay Emeri olacağı gözlənilir.
Qeyd edək ki, PSJ Loran Blanın rəhbərliyi altında ümumilikdə 11 titul qazanıb. Ötən mövsüm parislilər Fransa çempionluğu, ölkə kuboku və Liqa Kuboku əldə edib. Lakin paytaxt təmsilçisi Çempionlar Liqasında 1/4 final səddini aşa bilməyib.
Son xəbərlər
07:56
Britaniyada xristian festivalında lövhənin düşməsi nəticəsində bir nəfər ölüb
Digər ölkələr07:45
Tərtərdə kişi su kanalında boğulub
Hadisə07:28
Adana vilayətində axtarışda olan 35 şübhəli saxlanılıb
Region07:14
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir
Region06:57
"NY Post": Corc Sorosun yaratdığı fondda yoxlamalar aparılacaq
Digər ölkələr06:40
PSJ "Park de Prens"dəki qazonun vəziyyətinə görə 150 min avro cərimələnib
Futbol06:12
"Süleymançılar" dini təriqəti ilə əlaqəli 35 nəfər həbs edilib
Region05:40
Venesuela hakimiyyəti ABŞ ilə neft sazişinin detallarını açıqlayıb
Digər ölkələr05:35