Premyer Liqanın XXVII turunda bu gün daha 3 oyun keçiriləcək

Futbol
  • 11 aprel, 2026
  • 09:14
Premyer Liqanın XXVII turunda bu gün daha 3 oyun keçiriləcək

Misli Premyer Liqasının XXVII turunda bu gün daha 3 oyun keçiriləcək.

"Report" xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Qarabağ"ı qəbul edəcək.

Görüş Şamaxı şəhər stadionunda, saat 15:30-da başlayacaq.

Ardınca "Bank Respublika Arena"da turun mərkəzi qarşılaşması start götürəcək. Lider "Sabah" "Zirə"ni sınağa çəkəcək. Sözügedən duelin start fiti saat 18:00-da səslənəcək.

Günün son oyununda isə turnir cədvəlində qonşu olan komandalar - "Neftçi" və "Araz-Naxçıvan" kollektivləri üz-üzə gələcəklər. Matç "Palm Sports Arena"da, saat 20:00-da başlayacaq.

Turnir cədvəlinə 65 xalla "Sabah" başçılıq edir. Rəqibindən 1 oyun az keçirən və 55 xala malik "Qarabağ" ikincidir. "Zirə" 43 xalla dördüncü, 40 xalı olan "Neftçi" isə beşincidir. 39 xala sahib "Araz-Naxçıvan" altıncı pillədə yer alıbsa, hesabında 31 xal olan "Şamaxı" səkkizincidir.

Misli Premyer Liqası

IV dövrə, XXVII tur

11 aprel

15:30. "Şamaxı" – "Qarabağ"

Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.

VAR: Kamal Umudlu.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Şamaxı şəhər stadionu

18:00. "Sabah" – "Zirə"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Bank Respublika Arena"

20:00. "Neftçi" – "Araz-Naxçıvan"

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.

VAR: Rauf Cabarov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Asif Əliyev.

"Palms Sports Arena"

Qeyd edək ki, turun ilk görüşündə "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə məğlub edib.