Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib

Futbol
  • 06 sentyabr, 2026
  • 19:58
Premyer Liqa: Turan Tovuz Sumqayıtı məğlub edib

Misli Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.

Tovuz şəhər stadionunda reallaşan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qərb təmsilçisinin heyətində 20-ci dəqiqədə Jo Batista, 60-cı dəqiqədə Jorje Silva fərqlənib. Qonaqların qolunu 9-cu dəqiqədə Ronaldo Vaskez vurub.

Xallarının sayını 7-yə çatdıran "Turan Tovuz" 4-cü pilləyə yüksəlib. Hesabında xal olmayan "kimyaçılar" sonuncu - 12-ci sırada qalıb.

Günün ikinci görüşündə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" "Kəpəz"i (4:1), "Sabah" "Zirə"ni (5:0), "Neftçi" "Şəfa"nı (4:1) məğlub edib.

44 - Tezliklə