Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"a qalib gələrək üçüncü sıraya yüksəlib
- 25 yanvar, 2026
- 17:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının XVII turunda "Turan Tovuz" "Sumqayıt"a qalib gələrək turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib.
"Report" xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç tovuzluların 2:1 hesablı qələbəsi ilə bitib.
Qərb təmsilçisinin qollarını Hayderson Hurtado (13) və Rəhim Sadıxov (69) vurublar. "Sumqayıt"ın qolu da Hayderson Hurtadonun passivinə yazılıb. O, 61-ci dəqiqədə avtoqol müəllifi olub.
"Turan Tovuz" 30 xalla üçüncü sıraya yüksəlib. "Sumqayıt" isə 27 xalla beşinci pillədə qalıb.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. "Qəbələ" "Şamaxı"nı (4:0), "Kəpəz" "Qarabağ"ı (2:0) məğlub edib.