Premyer Liqa: "Turan Tovuz" səfərdə "Sumqayıt"ı məğlub edib
Futbol
- 04 oktyabr, 2025
- 21:29
Misli Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gəlib.
Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 34-cü dəqiqədə Joralem Batista, 58-ci dəqiqədə Aleks de Souza fərqlənib. 90+cü dəqiqədə Ayxan Hüseynov adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran Tovuz klubu birinci pilləyə yüksəlib. "Gənclik şəhəri" təmsilçisi 11 xalla beşinci sıradadır.
Günün ilk matçında "Qarabağ" "Kəpəz"i məğlub edib - 1:0.
Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
Son xəbərlər
14:43
"Araz-Naxçıvan" klubu qış fasiləsini Azərbaycanda keçirəcək
Futbol14:42
Foto
Xorvatiya – Adriatik dənizinin xəzinəsinə ecazkar səfər
Turizm14:41
"AFB Bank" 10 milyon dollarlıq istiqraz buraxır
Maliyyə14:38
Foto
Energetika naziri vətəndaşları qəbul edib
Energetika14:38
Nazir: Azərbaycanla Türkiyə arasında güzəştli ticarət mexanizmi var
Biznes14:34
Foto
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Hadisə14:34
Anar Cəfərov: "Arıçılıq sahəsində rəqəmsal həllərin tətbiqinə dövlət dəstəyi göstərilə bilər"
İKT14:33
Foto
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib
Maliyyə14:31