Premyer Liqa: "Turan Tovuz"a qalib gələn "Zirə" gümüş medalları təmin edib
Futbol
- 02 may, 2025
- 21:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Misli Premyer Liqasının XXXIII turuna bu gün bir oyunla start verilib.
"Report"un məlumatına görə, "Zirə" açılış matçında "Turan Tovuz"a qalib gəlməklə (1:0) gümüş medalları təmin edib.
Hesabı 48-ci dəqiqədə Salifu Suma açıb. 59-cu dəqiqədə Qismət Alıyev birbaşa qırmızı vərəqə ilə meydandan qovulsa da, "Zirə" qələbə hesabını sonadək qoruyub.
Avrokuboklara vəsiqəni əvvəlki turlarda təmin edən Rəşad Sadıqovun komandası xallarının sayını 67-yə çatdırıb. Tovuz təmsilçisi 49 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, XXXIII tura mayın 4-də yekun vurulacaq.
Son xəbərlər
07:28
Bolsonaru artıq özünü "Braziliyanın seçilmiş prezidenti" hesab etmir
Digər ölkələr
06:54
"The Atlantic": Heqset Pentaqonun baş hərbi strateqini işdən çıxarıb
Digər ölkələr
06:28
ABŞ-nin nüvə laboratoriyasında yanğın radiasiya sızmasına səbəb olub
Digər ölkələr
05:58
AP: Pentaqon Ukraynada "Starshield"in işindəki fasilələri araşdırmaqdan imtina edib
Digər ölkələr
05:23
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
Digər ölkələr
04:49
Afrikada 700 milyondan çox insanın təmiz suya çıxışı yoxdur
Digər ölkələr
04:25
Albaniyada etirazlar fonunda hökumət dialoq üçün yeni tədbirlər həyata keçirəcək
Digər ölkələr
03:51
"Bild": Almaniyanın dövlət borcu 2,8 trilyon avronu keçib
Digər ölkələr
03:40
Bessent ABŞ-nin İrana təzyiq planı üçün dəqiq zaman qrafikinin olmadığını bildirib
Digər ölkələr