Premyer Liqa təmsilçisi "Qalatasaray"ın futbolçusu ilə maraqlanır
Futbol
- 03 may, 2025
- 15:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Siti" klubu Türkiyə təmsilçisi "Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara ilə maraqlanır.
"Report" xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.
Premyer Liqa təmsilçisi 25 yaşlı oyunçu üçün 40 milyon avrosundan keçməyə hazırdır. Bundan başqa, braziliyalı futbolçunu İngiltərənin "Aston Villa", “Nottinqem Forest” və "Everton" klubları da yaxından izləyir.
Qeyd edək ki, Qabriel Sara cari mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə 41 oyun keçirib və 2 qol vurub. Onun "sarı-qırmızılar"la müqavilə müddəti 2029-ci ilin yayında başa çatacaq.
Son xəbərlər
04:21
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
Digər ölkələr
04:04
"Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb
Futbol
03:38
UFC-nin rəhbəri Ağ Evdə mətbuat katibi olmaq istəməyib
Digər ölkələr
03:08
Yüksək təzyiqə qarşı inqilabi kəşf
Sağlamlıq
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1