Premyer Liqa: “Sumqayıt” “Kəpəz”lə heç-heçə edib
Futbol
- 14 dekabr, 2023
- 13:26
Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
“Report”un məlumatına görə, ilk gündə bir oyun keçirilib.
Açılış matçında autsayderlər zonasında qərarlaşan “Kəpəz” yuxarı pillələrdə yer alan “Sumqayıt”ı qəbul edib. Tovuz şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Qonaqlar 20-ci dəqiqədə Roi Kehatın qolu ilə hesabı açsalar da, Gəncə təmsilçisi 43-cü dəqiqədə "status-kvo"nu bərpa edib. Georgi Papunaşvili adını tabloya yazdırıb.
Bu nəticədən sonra “Sumqayıt” xallarının sayını 24-ə, “Kəpəz” isə 14-ə yüksəldib.
Qeyd edək ki, turun digər oyunları dekabrın 15, 16 və 18-də keçiriləcək.
Son xəbərlər
15:42
Peskov: Rusiya Ukrayna böhranı ilə bağlı ABŞ-dən yeni təkliflər gözləyəcək
Region15:42
SEPAH "Amazon"un Bəhreyndəki data-mərkəzinin tamamilə məhv edildiyini açıqlayıb
Digər ölkələr15:41
6 ay ərzində 33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olunub
Hadisə15:41
Baş Prokurorluq: İlin altı ayında 2 nəfər mina partlayışında həlak olub, 11 nəfər xəsarət alıb
Hadisə15:41
Fərid Məmmədov: DOST Agentliyi ötən dövr ərzində 4,7 milyon vətəndaşa xidmət göstərib
Sosial müdafiə15:40
Bu ilin 6 ayı ərzində 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
Hadisə15:39
Bu ilin 6 ayında cinayət işləri üzrə müəyyən edilən 27 milyon manatdan çox maddi ziyan ödənilib
Hadisə15:38
Azərbaycanda bu il birinci yarısında 15 420 cinayət törədilib
Hadisə15:37