Premyer Liqa: "Sumqayıt" "Kəpəz"i, "Neftçi" "Turan Tovuz"u qəbul edəcək

Futbol
  • 10 mart, 2025
  • 09:00
Premyer Liqa: Sumqayıt Kəpəzi, Neftçi Turan Tovuzu qəbul edəcək

Futbol üzrə Misli Premyer Liqasında XXVI tura bu gün yekun vurulacaq.

"Report"un məlumatına görə, günün ilk oyununda "Sumqayıt" "Kəpəz"i qəbul edəcək.

Qarşılaşma saat 17:00-da, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək. 22 xalı olan komandalar müvaqif olaraq 8-9-cu pillələrdə qərarlaşıblar.

Tura "Neftçi" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq. Bu görüş saat 19:30-da başlayacaq. Paytaxt təmsilçisi 27 xalla 7-ci, bölgə təmsilçisi 42 xalla 4-cü pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

III dövrə, XXVI tur

17:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Neftçi Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Araz-Naxçıvan"ı (3:1), "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i (hər ikisi 1:0) məğlub edib.

44 - Tezliklə