Premyer Liqa: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq
- 02 fevral, 2025
- 05:17
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" Misli Premyer Liqasının XXI turunda bu gün "Zirə" ilə qarşılaşacaq.
"Report" xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmadan sonra tura yekun vurulacaq.
Matç saat 19:00-da start götürəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir. 36 xalı olan "Zirə" üçüncüdür.
Misli Premyer Liqası
III dövrə, XXI tur
2 fevral
19:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Səbail"lə (1:1), "Sumqayıt" isə "Araz-Naxçıvan"la (0:0) heç-heçə edib.