Premyer Liqa: "Neftçi" və "Turan Tovuz" yeni mövsümdə ilk oyunlarını bu gün keçirəcəklər

Futbol
  • 16 avqust, 2025
  • 09:00
Premyer Liqa: Neftçi və Turan Tovuz yeni mövsümdə ilk oyunlarını bu gün keçirəcəklər

Misli Premyer Liqasının I turunda bu gün daha iki oyun keçiriləcək.

"Report"un məlumatına görə, ilk olaraq "Turan Tovuz" "İmişli"nin qonağı olacaq.

Qarşılaşma saat 17:00-da start götürəcək. Günün ikinci matçında "Neftçi" "Şamaxı"nı qəbul edəcək. Bu görüş saat 20:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası

1-ci dövrə, I tur

16 avqust

17:00. “İmişli” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.
VAR: Tural Qurbanov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu

20:00. “Neftçi” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi Arena”

Qeyd edək ki, ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.

44 filmi