Premyer Liqa: "Neftçi" və "Qarabağ"ın növbəti oyunlarının vaxtı açıqlanıb

Futbol
  • 05 mart, 2022
  • 11:38
Premyer Liqa: Neftçi və Qarabağın növbəti oyunlarının vaxtı açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun oyun cədvəli məlum olub.

"Report" xəbər verir ki, turun mərkəzi görüşü martın 13-də "Qəbələ" və "Zirə" komandaları arasında olacaq. Qarşılaşma saat 16:00-da başlanacaq.

12 mart (şənbə)

16:45. “Səbail” – “Keşlə”
“ASCO Arena”

19:00. “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”

13 mart (bazar)

16:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu

18:15. “Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”.

Qeyd edək ki, bütün görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.