Premyer Liqa: "Neftçi" və "Qarabağ"ın növbəti oyunlarının vaxtı bilindi

Futbol
  • 27 fevral, 2020
  • 06:24
Premyer Liqa: Neftçi və Qarabağın növbəti oyunlarının vaxtı bilindi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyun cədvəli bəlli olub. 

"Report"un məlumatına görə, turun açılış matçı Qəbələdə olacaq. Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. Tura martın 8-də “Keşlə” – “Qarabağ” dueli ilə yekun vurulacaq. 

07 mart (şənbə)

16:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu

18:00. “Neftçi” – “Sabah”

“Bakcell Arena”

08 mart (bazar)

16:00. “Səbail” – “Zirə”

“ASCO Arena”

18:00. “Keşlə” – “Qarabağ”

“ASK Arena”

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. XIX turun oyunları isə bu həftəsonu baş tutacaq.