Premyer Liqa: "Neftçi" "Turan Tovuz"un, "Sabah" "Səbail"in qonağı olacaq
- 24 fevral, 2024
- 05:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha iki oyunu keçiriləcək.
"Report" xəbər verir ki, günün ilk matçı Tovuzda reallaşacaq.
"Turan Tovuz" doğma azarkeşləri önündə "Neftçi" ilə üz-üzə gələcək. "Ağ-qaralar" 35 xalla üçüncü, bölgə klubu 30 xalla səkkizinci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə paytaxt təmsilçiləri qarşılaşacaqlar. Çempionatda ardıcıl 5 oyunda uduzmayan "Sabah" "Səbail"in qonağı olacaq. "Dənizçilər" 31 xalla beşinci, meydan sahibləri 31 xalla yeddinci sırada yer alıb.
24 fevral
15:00. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu
17:30. “Səbail” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“ASCO Arena”
Qeyd edək ki, XXIV turun "Araz-Naxçıvan" - "Zirə" və "Qarabağ" - "Sumqayıt" matçları fevralın 25-də baş tutacaq. Ötən gün gerçəkləşən oyunda "Kəpəz" "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.