Premyer Liqa: "Neftçi" "Sumqayıt"ı, "Turan Tovuz" "Sabah"ı qəbul edəcək
- 11 noyabr, 2023
- 05:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha iki oyunu keçiriləcək.
"Report" xəbər verir ki, ilk olaraq "Neftçi" "Sumqayıt"ı qəbul edəcək.
"Neftçi Arena"da reallaşacaq qarşılaşma saat 16:30-da start götürəcək. 18 xala malik komandalar 5-6-cı yerləri bölüşdürürlər.
Digər matçda "Sabah" "Turan Tovuz"un qonağı olacaq. Bu görüş saat 19:00-da başlayacaq. Bölgə klubu 15 xalla 7-ci, paytaxt təmsilçisi isə 13 xalla 8-ci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XIII tur
16:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Neftçi Arena”
19:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün açılış matçında "Kəpəz" "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib - 1:0.