Premyer Liqa: "Neftçi" bu gün Şamaxıda, "Qəbələ" öz meydanında mübarizə aparacaq

Futbol
  • 28 fevral, 2026
  • 09:00
Premyer Liqa: Neftçi bu gün Şamaxıda, Qəbələ öz meydanında mübarizə aparacaq

Misli Premyer Liqasında XXII turun daha iki oyunu bu gün keçiriləcək.

"Report"un məlumatına görə, ilk olaraq "Neftçi" "Şamaxı"nın qonağı olacaq.

Qarşılaşma Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. "Ağ-qaralar" 30 xalla 7-ci, bölgə təmsilçisi 25 xalla 8-ci pillədə qərarlaşıb.

Günün ikinci matçında "Qəbələ" "Karvan-Yevlax"ı sınağa çəkəcək. Oyun Qəbələ şəhər stadionunda, saat 17:00-da başlayacaq. Meydan sahibləri 15 xalla 11-ci, qonaqlar 6 xalla 12-ci sıradadır.

Misli Premyer Liqası

II dövrə, XXII tur

28 fevral

14:30. "Şamaxı" – "Neftçi"

Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov.

VAR: Cavid Cəlilov.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Şamaxı şəhər stadionu

17:00. "Qəbələ" – "Karvan-Yevlax"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov.

VAR: Vüqar Həsənli.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.