Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib
Futbol
- 13 aprel, 2024
- 16:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib.
"Neftçi Arena"dakı qarşılaşma "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə bitib.
Birinci dəqiqədə Brayan Moreno, 45-ci dəqiqədə Rəhman Hacıyev fərqlənib. 87-ci dəqiqədə İqor Ribeyro avtoqol müəllifi olub.
Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib. 32 xala malik Naxçıvan təmsilçisi 8-ci sıradadır.
Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" "Qəbələ"ni 2:1 hesabı ilə üstələyib. Ötən gün "Sumqayıt" - "Zirə" qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq.
Son xəbərlər
20:41
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
Region
20:24
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
Digər ölkələr
20:10
"Škoda Group" Bakıdan Qafqaz və Mərkəzi Asiya bazarlarını əhatə etməyi hədəfləyir
Sənaye
20:08
İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir
Region
20:01
Foto
Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib - YENİLƏNİB
Xarici siyasət
19:47
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib
Daxili siyasət
19:41
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib
Digər ölkələr
19:35
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
Fərdi
19:34
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Daxili siyasət