Premyer Liqa: Lider "Qarabağ" səfərdə "Sumqayıt"ı məğlub edib
- 21 noyabr, 2025
- 20:52
Misli Premyer Liqasının XII turunda "Qarabağ" səfərdə "Sumqayıt"a qalib gəlib.
"Report"un məlumatına görə, Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaqlar 4:2 hesablı qələbəyə seviniblər.
Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Toral Bayramov (42), Abdullah Zubir (63) və Aleksey Kaşuk (90+3) fərqləniblər. "Gənclik şəhəri" təmsilçisinin qollarını isə Höccət Haqverdi (30) və Nsana Simon (83) vurublar.
Meydan sahiblərinin heyətində 59-cu dəqiqədə Rayan Senhadji ikinci sarı vərəqənin ardından meydandan qovulub. 77-ci dəqiqədə isə Aleksandr Ramalinqom penalti zərbəsindən yararlana bilməyib.
"Qarabağ" 26 xalla turnir cədvəlinə başçılıq edir. 20 xalı olan "Sumqayıt" dördüncü sırada qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda "Kəpəz" səfərdə "Karvan-"Yevlax"ı 2:1 hesabı ilə məğlub edib.